İsrailin “Makkabi” (Hayfa) klubunun baş məşqçisi Barak Baharın “Sabah”a qarşı Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun cavab matçından (ilk oyun – 0:3)əvvəl kollektivlə xüsusi görüşü olub.
Sportal.az “israelhayom”a istinadən xəbər verir ki, israilli mütəxəssis xüsusən ilk oyundakı matçda futbolçuların oyun keyfiyyətlərindən danışıb, oyunçulardan narazılığını bildirib:
"Meydanda ilk oyundakı kimi münasibəti qəbul etməyəcəyəm. Qəbul etmədiyim şeylər var. “Sabah”la görüş mən komandaya gələndən bu yana ən pis oyunumuz oldu".
Qeyd edək ki, "Sabah" - "Makkabi" matçı avqustun 1-də "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi