"Sabah" Konfrans Liqasının III təsnifat mərhələsində - YENİLƏNİB

22:56 - 1 Avqust 2024

“Sabah” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində cavab matçına çıxıb.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisi "Makkabi"ni qəbul edib. Qarşılaşmanın əsas vaxtı İsrail təmsilçisinin 6:3 hesablı qələbəsi ilə başa çatıb.

Penaltilər seriyasında daha dəqiqi olan "Sabah" III təsnifat mərhələsinə yüksəlib.

Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv ilk görüşdə 3:0 qalib gəlib. 

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları

1 avqust

20:00 "Sabah" – "Makkabi" (Hayfa, İsrail) 3:6
Qollar:
Pavol Şafranko, 47, Kahim Parris, 71, Coy Lens-Mikels, 103 - Dolev Hazizia, 17, Pyerro, 68, 90, Lorenso Şimiç, 70, Lior Rafaelov, 73, Din David, 112
Penaltilər seriyası: 3:2
İlk oyun 3:0

Bank Respublika Arena

Xəbər xətti