"Sabah"ın oyununa son 500 bilet

16:10 - 1 Avqust 2024

“Sabah” - “Makkabi” oyununa bilet satışları davam edir.

Sportal.az xəbər verir ki, artıq 7500 bilet satılıb (satışa 8000 ədəd bilet çıxarılıb)! “Bank Respublika Arena”da möhtəşəm atmosfer gözlənilir.

"Sabah"ı stadiondan dəstək olmaq istəyənlər biletləri “iticket.az” saytından, həmçinin “Bank Respublika Arena” stadionunun kassalarından, “iticket”in “28 Mall” və “Gənclik Mall”dakı satış məntəqələrindən əldə edə bilərlər.

Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qəti surətdə qadağan olunur.

Oyuna gecikən tamaşaçılar (oyunun 70-ci dəqiqəsindən sonra) stadiona buraxılmayacaq.

Qeyd edək ki, "Sabah" - "Makkabi" qarşılaşması bu gün saat 20:00-da start götürəcək.

Xəbər xətti