İrlandiyanın "Sent Patrik Atletik" klubunun cinah yarımmüdafiəçisi Zakari Elbuzedi "Sabah"a qarşı Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin qarşıdakı oyunları haqda danışıb.
Sportal.az “Irish Mirror”a istinadən xəbər verir ki, İrlandiya klubunun aparıcı üzvü təmsilçimiz haqda məlumatlı olduğunu deyib:
"Sabah"dan Vinsent Tilli tanıyıram. Ona görə də bu komanda haqqında bir az təsəvvürüm var. Bu, yüksək səviyyəli komandadır. İnsanlar düşünə bilər ki, bura Azərbaycan klubu olduğu üçün bizə asan olacaq. Amma bu doğru deyil. “Sabah”ın çoxlu səviyyəli futbolçuları var. Bilirəm ki, bu klub yüksək maaş verib, yaxşı futbolçuları komandaya cəlb edə bilər. Qarşılaşmalar asan olmayacaq, amma biz özümüzə inanırıq".
saytlarin hazirlanmasi