"Sabah" Makkabi" ilə qarşılaşmada göstərdi ki, favoriti məğlub etməyi bacarır" - MÜSAHİBƏ

14:23 - 3 Avqust 2024

"Sabah"ın sabiq kapitanı, hazırda Özbəkistanın “Navbahor” klubunda oynayan Filip İvanoviç Sportal.az saytına müsahibə verib. 2018-2021-ci illərdə Masazır klubunun aparıcı oyunçularından olmuş serbiyalı sabiq komandasının Konfrans Liqasında qrupa düşmək şanslarını dəyərləndirib.

- “Sabah” "Makkabi" səddini keçməyi bacardı. Səfərdə 3:0 qalib gələn “Sabah” “Makkabi” evdə 3:6 hesabı ilə uduzdu. Ümumiyyətlə, səncə niyə vəziyyət bu qədər gərginləşdi?

Hər şeydən əvvəl deyim ki, bütün Azərbaycan üçün olduğu kimi, “Sabah” üçün də böyük nəticədir. Gözlənilirdi ki, “Makkabi” revanş oyununda dişini göstərmək üçün mümkün qədər qoşulmalı olacaq. Sonda ümumi hesabda önə keçərək, oyunu penaltilərə apara bildilər. Fikrimcə, “Sabah” layiqincə davam etdi. Çünki onlar 3 qol vurdular, bunu həm evdə, həm də səfərdə etdilər. 

- Ehtimal edirdin ki, 3:0 kimi üstünlükdən sonra "Sabah" evdə "Makkabi"yə uduzar?

Fərqli oyun olmayacağını gözləyirdim. Ancaq “Sabah”ın evdə 6 qol buraxacağını gözləmirdim. Sonda “Sabah” layiqincə növbəti mərhələyə adlayır.

- "Sabah"ın gücü bilindi? Yəni, "Makkabi"ni keçməklə "Sabah"ın çox güclü olduğunu demək olar, yoxsa, evdə 3:6 hesabı ilə uduzduğu üçün onların gücünün bəlli olmadığını düşünürsən?

“Sabah” ardıcıl olaraq avrokuboklarda oynamağa başladı və bu, başlanğıc üçün əladır. Avropada hər oyun Azərbaycan futbolu üçün böyük təcrübə və böyük irəliləyişdir. Həm də davamlı olaraq yaxşı oynayan “Qarabağ”dan başqa, Rəsad Sadıqovun baş məşqçisi olduğu “Zirə”ni də tərifləmək istəyərdim. Hazırda Azərbaycan klubları Avropada hamı ilə bərabər səviyyədə oynayırlar və buna görə də onları təbrik edirəm.

- “Sabah" növbəti mərhələdə "Sent-Patriks"lə qarşılaşacaq. Səncə, favorit İrlandiya klubudur, yoxsa "Sabah"? 

Bizi tamamilə fərqli matç gözləyir. Bütün ada klubları duellərə və uzun ötürmə toplarına diqqət yetirir. “Sabah”ı çox çətin rəqib gözləyir. Lakin “Sabah” “Makkabi” ilə qarşılaşmada göstərdi ki, favoritə də qalib gəlməyi bacarır. Qarşıdakı mərhələdə isə şans 50/50-dir.

- "Makkabi" ilə görüşdə "Sabah"ın müdafiə xətti zəif oynadı, rəqibin əksər hücumları çox təhlükəli alınırdı. Səncə, çıxış yolu nədədir? "Sabah"a yeni müdafiəçi lazımdır?

Müdafiə təkcə sonuncu xətt demək deyil. Hər komandanın müdafiə xətti qapıçıdan tutmuş hücumçuya qədərdir. 6 qolun niyə və hansı formada buraxıldığını təhlil etmək ekspert heyətinin işidir. Düşünmürəm ki, “Sabah”ın yeni müdafiəçiyə ehtiyacı yoxdur. Amma indiki heyət yaxşılaşmalıdır. “Makkabi”nin əla hücum oyunçularının gücü də nəzərə alınmalıdır.

- "Sabah"ın Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazanacağına inanırsan? Yoxsa, bu, hələ çox tezdir?

Keçmiş klubumun qrup mərhələsinə vəsiqə qazanmaq üçün açıq yolu var. Lakin o, oyun-oyun düşünməlidir. Dediyim kimi, “Sabah” “Makkabi”yə qalib gəlibsə, inanıram ki, qrup mərhələsinə də düşə bilər. Onları bir daha təbrik edirəm, belə davam etsinlər.

Mirbağırağa

Xəbər xətti