"Sabah"ın futbolçusu əməliyyat olundu

16:25 - 3 Avqust 2024

"Sabah"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Makkabi” ilə cavab oyununda zədələnən yarımmüdafiəçisi Ayaz Quliyev əməliyyat olunub.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlmat yayıb. Çiyin bağlarında qopma olan futbolçunun yerli klinikalardan birində baş tutan əməliyyatı uğurlu keçib.

Qeyd edək ki, "Sabah" "Makkabi"ni penaltilər seriyasında məğlub edərək (ilk oyun - 3:0, cavab oyunu - 3:6, penaltilər seriyası - 3:2) 3-cü təsnifat mərhələsinə adlayıb.

Xəbər xətti