"Sabah"ın rəqibi qələbə qazandı - VİDEO

10:34 - 6 Avqust 2024

Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”ın rəqibi olan İrlandiyanın “Sent Patrik Atletik” klubu ölkə çempionatında növbəti oyununu keçirib.

Sportal.az xəbər verir ki, Stiven Kenninin komandası “Sliqo Rovers”i qəbul edib və 3:2 hesabı ilə qalib gəlib. Hazırda "Sent Patriks Atletik" 31 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, “Sabah” və “Sent Patriks Atletik” arasında görüşlər avqustun 8-də (Dublin) və avqustun 15-də (Masazırda) baş tutacaq.

Xəbər xətti