"Sent-Patriks"in baş məşqçisi: "Sabah" rəhbərliyinin kluba sərmayə qoyduğu göz qabağındadır"

10:18 - 8 Avqust 2024

İrlandiyanın "Sent-Patriks Atletik" klubunun baş məşqçisi Stiven Kenni bu gün Dublində Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Sabah"a qarşı keçiriləcək ilk görüşü haqda danışıb. 

Sportal.az xəbər verir ki, “The Irish Independent” portalına danışan irlandiyalı mütəxəssis “Sabah” haqda bunları deyib:

"Düşünürəm ki, biz oyuna nəzarət etməyə çalışmalıyıq. Bunu etmək istərdim. Müdafiədə oynamaq fikrimiz yoxdur. Bizim üçün vacib olan hücumda təhlükəli olmaqdır. “Sabah”ın maraqlı oyunçu profili var. Onların dörd hücumçusu Slovakiya, Yamayka, Almaniya və Nigeriyadan, yarımmüdafiə xəttindəki Xorvatiyadan, müdafiədə isə ispan mərkəz müdafiəçisi yer alır. Onların kluba sərmayə qoyduğu göz qabağındadır. Onların hücum xətti çox yaxşı və istedadlıdır. Beləliklə, biz həqiqətən oyunumuzu yaxşılaşdırmalı olacağıq".

Qeyd edək ki, “Sent-Patriks Atletik” – “Sabah” matçı bu gün Bakı vaxtı ilə 22:45-də keçiriləcək.
 

Xəbər xətti