Konfrans Liqasında mübarizəni davam etdlrən "Sabah" transfer bazarında da axtarışlarına ara vermir. Masazır təmsilçisi yeni legionerlə heyətini gücləndirib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, "bayquşlar" Yeqor Noqueyra ilə müqavilə şərtlərini razılaşdırıb. 29 yaşlı braziliyalı oyunçunu universal adlandırmaq olar.
"Sambaçı" həm müdafiənin mərkəzində, həm də sağ cinahda çıxış edə bilir. Cənubi amerikalı son mövsümü Portuqaliyada – "Çaves"də keçirib.
O, yüksək liqadakı yerini itirən komandada 24 oyuna çıxıb.
Noqueyra Braziliyanın məşhur klublarından "Fluminense"nin yetirməsidir. 2014-2015-ci illəri icarə əsasında "Gent"də (Belçika) keçirib.
Sonrakı illəri "Reqatas", "Jil Visente", "Mazatian", "Yuventude" və "Santa Klara"nın uğurları üçün tər töküb.
saytlarin hazirlanmasi