UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Sent-Patriks"lə qarşılaşan "Sabah" ilk oyunda rəqibinə uduzub.
Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin çalışdırıcısı Krunoslav Renduliç İrlandiyadakı məğlubiyyət haqda bunları deyib:
"Əvvəlcə rəqibi təbrik edirəm, onlar bu gün qələbəyə layiq idi. İlk 10-12 dəqiqə demək olar ki, topa nəzarət tamamilə bizim tərəfimizdə idi. Lakin sonra lazımsız səhvlər etdik, qərarları vaxtında verə bilmədik. İkinci hissə başladıqdan 5-6 dəqiqə sonra azlıqda qaldıq. Bütün bunlara baxmayaraq, nəticə bizim üçün yaxşıdır. Biz ilk 90 dəqiqəni 1:0 hesabı ilə uduzmuşuq, hələ heç nə həll olunmayıb".
Qeyd edək ki, "Sabah" - "Sent-Patriks" görüşü avqustun 15-i saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi