"Sabah"ın İrlandiyadakı məğlubiyyətini qırmızı vərəqəyə bağlayanlar çox idi. Əksəriyyət əmin idi ki, bizimkilər Masazırda "Sent Patriks"in işini bitirəcək.
Olmadı, alınmadı... Adətən kubok oyunlarına iki pərdəli tamaşa deyirlər. Bu dəfə bir pərdəyə bənzədi yaşananlar. İlk oyunda qırmızı vərəqə alan Lepiniça pərdəni çəkmişdisə, cavab oyununda meydandan qovulan Çakla tam örtdü pərdəni. Pərdəarxasını bilmirik. Bildiyimiz odur ki, hər iki oyunda azlıqda oynamağın bədəli avrokuboklarda mübarizəni dayandırmaq oldu.
Sofian Çaklanın qırmızı vərəqə aldığı epizodda Xaybullayevin günahı daha çox idi. Məhz onun geriyə verdiyi ötürməni rəqibi qabaqlayaraq çıxarmaq istəyən Çakla zamanlamada səhv etdi, top əvəzinə rəqibin ayağına vurdu. Hakim Çaklayla bərabər "Sabah"ın mərhələ ümidlərini də qovdu meydandan.
Cütün taleyini müəyyənləşdirən həmin epizodda Xaybullayev də qınanılasıdı, Çakla da. Əslində, Çakla Xaybullayevin səhvini düzəltmək istəyirdi, amma "qaş düzəldən yerdə göz çıxartdı". Sanki müharibədə otağın içinə atılmış əl qumbarasını tez götürüb bayıra atmaq istəyirdi, amma qumbara əlində partladı.
Həmid
saytlarin hazirlanmasi