Avropa çempionatı: Millimiz Belçika ilə qarşılaşır

15:57 - 24 Avqust 2024

Azərbaycanın kişilərdən ibarət voleybol millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, yığmamız Belçikanı qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Fərid Cəlalovun başçılıq etdiyi millimiz öncəki matçda səfərdə Avstriya yığmasına 0:3 hesabı ilə uduzub.

Xəbər xətti