Krunoslav Renduliç: "Müdafiəçilər oyuna daha yaxşı köklənməlidir"

21:44 - 31 Avqust 2024

"Sabah" Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Kəpəz"i 3:2 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna çox pis başladıq. Demək olar ki, ilk 15 dəqiqədə 2 qol buraxdıq. Nəyisə 100 faiz istəmirsənsə, nəticələr belə alınır. Həyatda da belədir. Rəqibin 2-ci qolundan sonra istədiyimiz kimi oynamağa başladıq. İkinci hissədə mükəmməl idik, 3 qol vurduq. Daha 3 qol vura bilərdik. İki fərqli hissə oldu. İlk yarıda çox bərbad, ikinci hissədə mükəmməl oyun sərgilədik. Bu gün 3 xala layiq idik.

- Uzun zamandır müdafiə və hücumda balans olmadığı görünür. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bilirdik rəqib necə oynayacaq. Buna qarşı hazırlaşmışdıq. Meydanda hər situasiyaya düzgün yanaşmaq lazımdır. Futbolçu gözləyir ki, komanda yoldaşım mənim yerimə hərəkət edəcək. Buna görə də 2 qol buraxdıq. Amma vaxtında başa düşdük ki, davranışımızı dəyişməliyik. Qarşıdakı matça belə yanaşsaq, qalib gələ bilməyəcəyik. Bu, bizim üçün yaxşı dərs oldu.

- Komanda avrokuboklardakı uğursuzluqdan sonra yaşanan psixoloji enişdən çıxa bilib?

- Əlbəttə ki, qələbələr bizi psixoloji gərginlikdən çıxarır. Bu, bütün komandalarda belədir, "Real"da da, "Sabah"da da.

- Milli fasilə müdafiədəki problemlərin həll olunmasına kömək olacaq?

- Bəli, ola bilər. Amma buraxdığımızdan daha çox qollar vurmuşuq. Bu, müdafiədəki məsuliyyətdən irəli gəlir. Nə qədər arxayın olsalar, qollar buraxacağıq. Müdafiəçilər oyuna daha yaxşı köklənməlidir. Süni örtükdə oynamaq asan deyil. Bütün komandalar təbii örtükdən süniyə keçəndə çətinlik yaşayır.

Elçin Əlixan

Xəbər xətti