UEFA Gənclər Liqasının püşkatma mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edəcək “Sabah” (U-19) rəqibini tanıyıb.
Mərhələyə ikinci turdan başlayacaq “bayquşlar" İsveçrənin "Bazel" klubu ilə qarşılaşacaq.
“Sabah” ilk oyunu oktyabrın 23-də səfərdə, cavab qarşılaşmasını isə noyabrın 6-da evdə keçirəcək. Bu cütün qalibi 3-cü turda “Braqa” (Portuqaliya) – “Rapid” (Avstriya) cütünün qalibi ilə oynayacaq.
saytlarin hazirlanmasi