"Beşiktaş"ın hücumçusu Türkiyə millisindən kənarlaşdırıldı

16:30 - 4 Sentyabr 2024

UEFA Millətlər Liqasında Uelsvə İslandiya ilə qarşılaşacaq Türkiyə milli komandasının heyətində itki baş verib.

Sportal.az xəbər verir ki, "Beşiktaş"ın hücumçusu Semih Kılıçsoy zədə səbəbindən yığmanın düşərgəsindən kənarlaşdırılıb. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.

Digər hücumçu Mustafa Hekimoğlu isə U-21 milli komandasının düşərgəsinə göndərilib.

Qeyd edək ki, Türkiyə millisi sentyabrın 6-da səfərdə Uelsin qonağı olacaq, 3 gün sonra isə İzmirdə İslandiya seçməsini qəbul edəcək.

Xəbər xətti