Bir müddət əvvəl "Sabah"a keçidi rəsmiləşən İqor Noqeyra hələ də yeni komandasında debüt etməyib. Bunun səbəbini öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik.
Sportal.az saytına açıqlama verən Elnur bəy hər hansı əngəlin olmadığını dedi. Mərkəz müdafiəçisinin hələ də debüt etməməsini baş məşqçinin qərarı ilə əlaqəli olduğunu söylədi:
"İqor Noqeyra komandaya ən gec qoşulan futbolçudur. Yeni oyunçunun komandaya uyğunlaşması üçün müəyyən vaxta ehtiyac olur. İqor məşqlərdə iştirak edir, sağlamlığında heç bir problem yoxdur.
Komandanın heyətini məşqçilər korpusu müəyyənləşdirir. Baş məşqçi uyğun gördükdə, İqoru da qarşıdakı oyunlarda, komandamızın heyətində yaşıl meydanlarda görə biləcəyik".
Qeyd edək ki, 29 yaşlı futbolçu son mövsümü Portuqaliyanın "Şaveş" klubunda keçirib. "Sabah" onunla 2 illik müqavilə bağlayıb
saytlarin hazirlanmasi