"Roma" alman müdafiəçi transfer etdi

22:55 - 4 Sentyabr 2024

İtaliyanın "Roma" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi azad agent statusunda olan Mats Hummelsi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Roma" 35 yaşlı alman müdafiəçi ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Mats Hummesl son olaraq Dortmund "Borussiya"sının formasını geyinib.

Xəbər xətti