"Dinamo"nun hücumçusu: "Qarabağ"a iki qol vurmaq xüsusi idi"

12:47 - 8 Sentyabr 2024

"Dinamo"nun (Zaqreb) hücumçusu Sandro Kulenoviç komandasının Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsinin vacibliyindən danışıb.

Sportal.az xəbər verir ki, “sport.tvp.pl” portalına danışan xorvatiyalı hücumçu turnirin seçmə mərhələsinin pley-off görüşlərində “Qarabağ” üzərindəki qələbələrini də xatırlayıb. O, Zaqrebdəki görüşdə vurduğu qollara da toxunub:

"Bu, təkcə karyeramda deyil, həm də həyatımda çox vacib məqamdır. “Qarabağ”a iki qol vurmaq çox xüsusi idi. Komandaya bu şəkildə kömək etdiyim üçün çox xoşbəxt oldum".

Qeyd edək ki, Kulenoviç Zaqrebdə 3:0 hesabı ilə başa çatan görüşdə “Qarabağ”ın qapısına iki qol vurub.

Xəbər xətti