Azərbaycan klubunun futbolçusu Çempionlar Liqasının finalı haqda: "Çempion olmalıyıq"

14:47 - 8 Sentyabr 2024

Minifutbol üzrə Çempionlar Liqasında bu gün qalib bəlli olacaq. Polşanın Varşava şəhərində keçirilən turnirin həlledici görüşündə "Birbaşa Bakı"nın rəqibi Çexiyanın "Brno" klubu olacaq.

Azərbaycan çempionunun aparıcı futbolçusu Mirmehdi Rzayev Sportal.az saytına açıqlama verib. O, ölkə çempionunun finala vəsiqə qazanmasını şərh edib: 

"Finala qədər yolumuz çox çətin oldu. Qrupdakı matçlarımız ağır keçdi. Bizim qrupdan üç komanda çıxdı və hər üçü də yarımfinala qədər irəlilədi. Bu da qrupdakı komandaların güclü olmasını göstərir. Yarımfinalda "Andezit Xust" klubuna qarşı oyunumuz da çox ağır oldu. Dünənki görüş də asan olmadı. Şükürlər olsunki, yenə qalib gəldik. "Andezit"lə keçən il də oynamışdıq. Sırf futzal komandası kimi müdafiə futbolu oynayırlar. Hesabda 0:1 geridə olsaq da, bərabərlik qolunu vurduq. Sonra da penaltilərlə qalib gəldik. Finala vəsiqə qazandığımız üçün şadam".

"Birbaşa Bakı"nın aparıcı oyunçusu finalda "Brno"ya qarşı keçiriləcək görüşdə qalib gəlmək istədiklərini bildirib: "Brno" çox yaxşı komandadır. Çexiya komandaları həmişə güclü olub. Onlarla da bizi çətin oyun gözləyir. Qrupda 1:1 oynamışdıq. Amma nə qədər qol epizodumuz olmuşdu. İstifadə edə bilməmişdik. Allah qoysa, bu gün yaradacağımız epizodları vurarıq. Çempion olmalıyıq. Meydana da bunun üçün çıxacağıq".

Mirbağırağa

Xəbər xətti