"Milan"ın sabiq forvardı Mərakeşdə

09:34 - 9 Sentyabr 2024

Seneqal millisinin hücumçusu Mbaye Nianq karyerasını Mərakeş çempionatında davam etdirəcək.

Sportal.az xəbər verir ki, təcrübəli forvard “Vidad”la müqavilə imzalayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nyanq son olaraq “Empoli”də oynayıb.

O, ötən mövsüm İtaliya A Seriyasında 14 oyun keçirib və 6 qol vurub.

Əvvəllər isə Mbaye "Milan", "Monpelye", "Cenoa", "Uotford", "Torino", "Renn", "Əl-Əhli", "Bordo", "Oser" və "Adana Demirspor”da çıxış edib.

Xəbər xətti