Çempionlar Liqasını qazanan azərbaycanlı futbolçu: "Dünya çempionu da olmaq istəyirəm"

14:34 - 9 Sentyabr 2024

"Birbaşa Bakı"nın heyətində Çempionlar Liqasının qalibi olan Elvin Əlizadə Sportal.az saytına açıqlama verib.

Azərbaycan klubunun aparıcı futbolçusu ÇL-dəki çıxışlarını dəyərləndirib. O, Avropa çempionluğundan sonra Çempionlar Liqasını qazanmasını da unudulmaz olduğunu bildirib:

"Çempionlar Liqasını qazanmaq gözəldir. Hər kəs titul qazanmaq istəyir. Çox sevinirəm ki, bizə çempionluq bizə qismət oldu. Turnirdəki bütün matçlar çətin alındı, asan oyun yox idi. Çempionlar Liqasında bu uğuru qazanmağımız da əbəs yerə deyil. Komandamızda intizam və məşqlər qaydasındadır, hər şey yüksək səviyyədədir. Şadam ki, Çempionlar Liqasını qazana bildik. Buna qədər Avropa çempionu olmuşdum. İndi isə klub səviyyəsində yüksək nəticə əldə etdik. Düzünü desəm, bundan sonra Dünya çempionu olmaq istəyərdim. Meydana çıxdığım hər oyunda qalib gəlib, istənilən turnirdə isə çempionluğu qazanmağı düşünürəm. Yenidən Avropa çempionu olmaq da çox yaxşı olardı".

Mirbağırağa

Xəbər xətti