"Bavariya"nı "Mançester Siti"yə dəyişəcək

12:34 - 9 Sentyabr 2024

Almaniya millisinin və "Bavariya"nın futbolçusu Camal Musiala komandanın sıralarını tərk edə bilər. 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, mövsümün sonunda almaniyalı "Mançester Siti"yə keçəcək.

Musiala "Bavariya"dan müqavilə müddətinin artırılması ilə bağlı gələn təkliflərdən imtina edib.

Gənc futbolçunun münhenlilərlə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. "Mançester Siti" bu transfer üçün qarşı tərəfə 130 milyon avro ödəyəcək.

Xəbər xətti