Millimiz yenə uduzdu

16:11 - 9 Sentyabr 2024

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoldaşlıq görüşünü keçirib.

Sportal.az xəbər verir ki, U-19 hazırlıq çərçivəsində Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Uels seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan milli komandası toplanış çərçivəsində daha əvvəl Şotlandiya (0:2) və Niderlandla (0:3) yoldaşlıq görüşündə qarşılaşıb.

Xəbər xətti