"Zirə" nigeriyalı futbolçu transfer etdi - RƏSMİ

14:07 - 10 Sentyabr 2024

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisi Yusuf Lavalı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı vingerlə 2+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, ölkəmizdə “Neftçi”də də çıxış etmiş 26 yaşlı futbolçu həmçinin Belçikanın “Lokeren”, Portuqaliyanın “Arouka” klublarının da formasını geyinib.

Xəbər xətti