Fransalı hücumçu İtaliyada ən yaxşı seçildi

18:36 - 12 Sentyabr 2024

İtaliya A Seriyasında avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, mövsümün ilk ayının ən yaxşısı "İnter"də çıxış edən Markus Türam seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Fransalı hücumçu səsvermədə Saul Koko ("Torino"), Xviça Kvaratsxeliya ("Napoli"), Denis Man ("Parma"), Mateo Reteqi ("Atalanta") və Duşan Vlahoviçi ("Yuventus") qabaqlayıb.

Qeyd edək ki, Markus Türam avqust ayında İtaliya çempionatında keçirdiyi 3 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti