Millilərdən qayıdan futbolçular "Neftçi"nin məşqində iştirak etdi

14:32 - 13 Sentyabr 2024

"Neftçi" Misli Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını “Neftçi” Futbol Mərkəzində davam etdirir.

Sportal.az xəbər verir ki, bugünkü məşq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Günün ilk yarısında baş tutan məşqdə əsas və U-21 milli komandalarımızın düşərgəsindən qayıdan futbolçular – Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov və Rüstəm Samiqullin də iştirak ediblər. Hazırlığa sabah yekun vurulacaq.

Qeyd edək ki, sentyabrın 15-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Neftçi” oyunu saat 18:00-da başlanacaq.

Xəbər xətti