Azərbaycan çempionu "Sabah" basketbol klubu Antalyada (Türkiyə) Çempionlar Liqasının təsnifat mərhələsində sentyabrın 17-də ilk oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionun avrokuboklar oyunları üçün iştirak ərizəsini təqdim edib:
Cəbrayıl Əkbərov, Aydın İbrahimov, Əkbər Məmmədov, Əlikamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Tariyel Yusifzadə (hamısı Azərbaycan), Deandre Baldvin, Kamron Blu, Trevon Duval, Hassani Qravett, Maykl Holton (hamısı ABŞ), Artyoms Butyankovs, Klavs Kavars (hər ikisi Latviya) və Andrey Voynaloviç (Ukrayna).
Rimas Kurtinaitisin komandası ilk təsnifat oyununda İsveçin “Nörçöppinq Dolfins” klubu ilə qarşılaşacaq. Oyun saat 17:30-da başlayacaq. Sentyabrın 19-da bu cütün qalibi yarımfinalda İsveçrənin “Friburq” klubu ilə üz-üzə gələcək. Sentyabrın 21-də bu qrupun seçmə turnirinin qalibi müəyyənləşəcək. Həmin klub adi mövsümün G qrupuna vəsiqə qazanacaq.
saytlarin hazirlanmasi