"Real" kanadalı futbolçunu istəyir

09:46 - 15 Sentyabr 2024

"Real" yeni transferə hazırlaşır.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, “kral klubu” “Bavariya”nın futbolçusu Alfonso Deyvisi heyətinə cəlb etmək istəyir.

İspaniya nəhəngi Kanada millisinin müdafiəçisi üçün "Bavariya"ya istənilən məbləği ödəməyə hazırdır. 

23 yaşlı futbolçunu 50 milyon avro qiymətləndirir. Onun Münhen təmsilçisi ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. 


 

Xəbər xətti