"Barselona"da şok itki: 4-5 həftə oynamayacaq

14:04 - 16 Sentyabr 2024

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Dani Olmo sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan hücumameyilli yarımmüdafiəçi La Liqanın 5-ci turunun "Jirona" ilə səfər matçında (4:1) bud əzələsindən zədə alıb. 26 yaşlı oyunçunun 4-5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, "Barselona" Dani Olmonu mövsümün əvvəlondə "Leypziq"dən transfer edib. İspaniya millisinin üzvü La Liqa nəhənginin heyətində meydana çıxdığı 3 rəsmi oyunda 3 qol vurub.

Xəbər xətti