"Araz-Naxçıvan"ın legioneri: "Hələ avrokubok haqda düşünmürük"

18:36 - 16 Sentyabr 2024

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Vanderson Sportal.az saytına açıqlama verib.

Naxçıvan klubunun braziliyalı legioneri komandasının Premyer Liqanın 6-cı turunun “Kəpəz”lə görüşündəki 1:0 hesablı qələbəsini şərh edib:

"Kəpəz"ə qarşı matç asan olmadı, çətin idi. Yeni oyunçularımız var. Adaptasiya üçün vaxt lazımdır ki, hamı bir-birinə öyrəşsin. Düzü, "Kəpəz"lə görüşdə baş məşqçinin dediklərini tam edə bilmədik. Ona görə də oyun çətin alındı. Artıq geridə altı oyun qalıb. Heyətdə dəyişiklik də olub. Ötən mövsümlə müqayisədə, ilk altı tura daha yaxşı başlamışıq. Ancaq düzü, biz hələ avrokubok haqda düşünmürük. Çünki bunlar haqda düşünmək çox tezdir. Hər növbəti oyuna fokuslanırıq. Çünki hər oyun başqa tarixdir. Mövsümün sonuna yaxın necə olacağını görəcəyik".

29 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 7-ci turunun "Turan Tovuz"a qarşı keçiriləcək görüşü haqda isə bunları deyib:

"Bayaq dediyim kimi, hər matç başqa tarixdir. "Turan Tovuz" mövsümə yaxşı start verib, biz də. Çox maraqlı matç olacağı dəqiqdir. Çünki hər iki komanda yaxşı mövsüm keçirir. Bu oyunda hansı nəticə alınacaq? Məncə, biz də qələbə qazana bilərik. Ümid edirəm ki, belə də olar. Məşqlərimizi davam edirik, oyuna hazırlaşırıq. Necə olacağını matç göstərəcək".

"Araz-Naxçıvan" 6 turdan sonra 10 xalla 4-cü pillədədir.

Mirbağırağa

Xəbər xətti