"Messidən sonra onun kimi daha bir futbolçunun olacağını təsəvvür etmək çətindir"

19:22 - 16 Sentyabr 2024

"Jirona"nın baş məşqçisi Miçel La Liqanın 5-ci turunda "Barselona"ya məğlubiyyətdən (1:4) sonra Kataloniya klubunun cinah hücumçusu Lamin Yamalın çıxışından danışıb. 

Sportal.az “ESPN”ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis İspaniya millisinin üzvü haqda xoş fikirlər səsləndirib:

"Lamin meydanda fərq yaradan futbolçudur. Mənim üçün o, cəmi 17 yaşında dünyanın ən yaxşı oyunçularından biridir. Messidən sonra onun kimi daha bir futbolçunun olacağını təsəvvür etmək çətindir. Amma ümid edirəm ki, Lamin təkmilləşməyə davam edəcək. Çünki o, bu səviyyəyə çatmağa qadir oyunçudur".
 

Xəbər xətti