"Arsenal"ın sabiq forvardı MLS-ə qayıtdı

14:18 - 17 Sentyabr 2024

"Arsenal"ın sabiq futbolçusu Karlos Vela yenidən MLS-də oynayacaq.

Sportal.az xəbər verir ki, təcrübəli hücumçu “Los-Anceles”lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Meksika yığmasının da keçmiş üzvü 2025-ci il dekabrın 31-nə qədər “Los-Anceles”ə məxus olacaq.

O, artıq 2018-2023-cü illərdə MLS komandasında çıxış edib. 2005-2012-ci illərdə Vela "Arsenal"da oynayıb.
 

Xəbər xətti