De Rossi istefaya göndərildi

14:28 - 18 Sentyabr 2024

İtaliya A Seriyasında baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Roma" Daniele De Rossi ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtalyan mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Daniele De Rossi bu ilin yanvar ayında "Roma"nın baş məşqçisi təyin olunmuşdu. Komanda ölkə çempionatında 4 turdan sonra 3 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər xətti