Azərbaycanın tanınmış futbolçuları məşqçi kursunda

11:59 - 21 Sentyabr 2024

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib.

Sportal.az xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik ediblər.

Kursda "Qəbələ"nin kapitanı Asif Məmmədov və bir müddət əvvəl karyerasını başa vurmuş Ağabala Ramazanov da iştirak edir.

Qeyd edək ki, məşqçi kursunun I modulu avqustda keçirilib. III mərhələ 30 sentyabr – 3 oktyabr, IV mərhələ (imtahan həftəsi) isə 4-8 noyabr tarixlərində baş tutacaq.


Xəbər xətti