"Sabah"dan ayrıldı, "Əl-İttihad"a keçdi

10:18 - 24 Sentyabr 2024

“Sabah”ın yollarını ayırdığı Emmaneul Apeh özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, Krunoslav Renduliçin sərəncamında görmək istəmədiyi nigeriyalı hücumçu Misirdə oynayacaq.

O, bu ölkənin yüksək liqasında çıxış edən “Əl-İttihad” klubu ilə anlaşıb.

Forvard mövsümün sonuna qədər Misir klubunda forma geyinəcək.

Xəbər xətti