"Sabah"ın futbolçusu Anatoli Nuriyev Sportal.az saytına müsahibə verib.
- "Səbail"lə görüşdə qalib gəldiniz. Qələbəni necə şərh edəcəksən?
- Ağır oyun oldu. “Səbail”lə səfərdə oynamaq həmişə çətindir. Süni örtüklü meydanda oynayırlar. İstənilən halda, qələbə qazanmağı bacardıq. Buna görə də şadıq.
- İlk qoldan sonra psixoloji olaraq narahat idiz?
- Mən ilk yarıda oynamırdım. Ehtiyat skamyada hər zaman narahatçılıq var(gülür). Komanda toparlandı və dörd qol vurdu. Hətta sayılmayan qolumuz da var idi. Doğrudur, iki qol da buraxdıq. Ümumilikdə yaxşı idik.
- Komanda artıq ikinci pilləyə yüksəldi. Geridə qalan 7 turu necə dəyərləndirirsən?
- Çempionatda fiziki sarıdan çoxlu mübarizələr gedir. İkinci mərtəbədə mübarizələr var. Standart vəziyyətdən çoxlu qollar vurulur. Məncə, daha çox mübarizə aparmaq lazımdır. Şükür Allaha ümumilikdə alınır, qollar vururuq. Bu da bizi sevindirir.
- Premyer Liqanın ötən mövsümkü və bu mövsümkü səviyyəsi arasında dəyişiklik var?
- Məncə, ötən mövsüm çempionat indikindən daha maraqlı idi. Çünki ötən mövsüm turnir cədvəlində yerlər uğrunda mübarizə gedirdi. İndi yenə hər şey ola bilər, çempionat yeni başlayıb. Hər şeyin həll olunduğunu da demək olmaz. Hər oyuna qələbə üçün çıxıb, xal və ya xallar üçün sona qədər mübarizə aparmaq lazımdır.
- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Bu oyundan gözləntiləriniz nədir?
- Çox maraqlı oyun olacaq. Biz qələbə uğrunda mübarizə aparacağıq. Bilmirəm. "Qarabağ"a qarşı oynamaq hər zaman çətindir. Qələbə qazanmaq üçün çalışacağıq. Oyuna da üç xal niyyəti ilə çıxacağıq. "Qarabağ" prinsipcə, ildən-ilə daha da yaxşılaşır. "Qarabağ" çoxlu qol epizodu yaradır. Biz də müdafiədə diqqətli oynamalıyıq, hücumda da həmçinin.
Mirbağırağa
saytlarin hazirlanmasi