Bu gün basketbol üzrə “Europe Cup”da qrup mərhələsində Azərbaycan çempionu “Sabah”ın daha bir rəqibi müəyyənləşəcək.
Sportal.az xəbər verir ki, “Peja” (Kosovo) və “Marussi” (Yunanıstan) klubları turnirin seçmə mərhələsinin ikinci oyununa çıxacaq.Oyun saat 21:30-da başlayacaq.
Yunanıstan komandası ilk oyunda qalib gəlib (98:75).Bu cütün qalibi "Sabah"ın Avropa kubokundakı rəqibi olacaq.Hazırda “bayquşlar” üçün yalnız bir rəqib müəyyənləşib.
Rimas Kurtinaitisin rəhbərlik etdiyi kollektiv İsveçin “Nörçöppinq Delfins” klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi