Mahir Emreli oynadı, "Nürnberq" məğlub oldu

17:27 - 29 Sentyabr 2024

Almaniya II Bundesliqasında 7-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Hannover"in qonağı olub. Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu görüşün iştirakçısı olub. 27 yaşlı forvard start heyətində meydana çıxıb. O, fasilədə əvəzlənib.

7 turdan sonra 7 xal toplayan "Nürnberq" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Xəbər xətti