"Cəbrayıl" 3 xalı 3 qolla qazandı - VİDEO

17:57 - 2 Oktyabr 2024

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 4-cü tura start verilib.

Sportal.az xəbər verir ki, bu gün "Cəbrayıl" öz meydanında "Qaradağ Lökbatan"ı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 7-yə yüksəldən "Cəbrayıl" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bütün oyunlarda uduzan "Qaradağ Lökbatan" isə sonuncu yerdədir.

“Cəbrayıl” – “Qaradağ Lökbatan” - 3:0

Qollar: Taleh Qarayev, 3, 30, Zeynəddin Abdurrahmanov, 79 

Xəbər xətti