"Sabah"ın inzibatçısı, "Qarabağ"ın məşqçisi cəzalandırıldı

14:44 - 3 Oktyabr 2024

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

28 sentyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Sabah” FK – “Qarabağ” FK oyununda “Qarabağ” FK komandasının heyətində 3 nömrəli futbolçu Səbuhi Niftiyev qarşılaşmanın 20-ci dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılması görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)
 
28 sentyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Sabah” FK – “Qarabağ” FK oyununda “Qarabağ” FK komandasının köməkçi məşqçi Məhəmməd Bədəlbəyli qarşılaşmanın 90+3-cü dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılması görə 2 oyun cəzalandırılsın. (maddə 42.3)
 
28 sentyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Sabah” FK – “Qarabağ” FK oyununda “Qarabağ” FK komandasının fiziki hazırlıq üzrə məşqçisi Səid Hacıyev qarşılaşmanın 90+3-cü dəqiqəsində meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılması görə 2 oyun cəzalandırılsın. (maddə 42.3)
 
28 sentyabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən “Sabah” FK – “Qarabağ” FK oyununda “Sabah” komandasının inzibatçısı Aslan Surxayzadə rəqibi vurduğuna görə 3 oyun şərti olmaqla 6 oyun cəzalandırılsın (maddə 40.3, 40.11)

 

Xəbər xətti