Milliyə ilk dəfə dəvət olundu: "Xaricə yollanmağımın ən başlıca səbəblərindən biri bu idi"

12:55 - 7 Oktyabr 2024

Azərbaycan millisinə ilk dəfə dəvət edilən Zamiq Əliyev Sportal.az saytına açıqlama verib.

Albaniyada "Eqnatiya" klubunun formasını geyinən müdafiəçi milli komandaya cəlb olunduğu üçün özünü xoşbəxt hiss etdiyini dilə gətirib:

"Azərbaycan millisinə dəvət edildiyim üçün çox xoşbəxtəm. Sizə də əvvəl demişdim, xaricə yollanmağımın ən başlıca səbəblərindən biri Azərbaycan millisinə dəvət olunmaq idi. O da oldu. Amma təbii ki, dayanmaq fikrim yoxdur. Daim millidə olmaq üçün daha çox çalışacam. Etibar etdikləri üçün təşəkkür edirəm. Şadam ki, millidə olacam. Həqiqətən fəxr edirəm. Bu məni daha da çox motivasiya edir”.

Əliyev ona şans veriləcəyi təqdirdə, həm Estoniya, həm də Slovakiya ilə görüşlərdə oynamağa hazır oluğunu da deyib: "Qarşıdakı oyunlarda oynamaq? Bu baş məşqçinin seçimi və qərarı olacaq. Nə zaman şans verilərsə, hər zaman milli üçün oynamağa, son ana qədər mübarizə aparmağa hazıram".

Mirbağırağa

Xəbər xətti