Almaniya millisində ciddi itki

13:40 - 7 Oktyabr 2024

"Arsenal"ın yarımmüdafiəçisi Kay Havertz Millətlər Liqasının qarşıdakı matçlarında Almaniya millisinə kömək etməyəcək.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin dizində problem olduğu bildirilir.

Almaniya millisi növbəti oyunlarında Bosniya və Herseqovina və Niderland yığmaları ilə qarşılaşacaq.

Havertsin əvəzinə millinin heyətinə “Maynts”dan Yonatan Burkardt cəlb edilib.

Xəbər xətti