Avropa Kubokunun qrup mərhələsi başlamazdan əvvəl FİBA yenidən bu turnirdə oynayacaq və uğur qazanmağa çalışacaq beş basketbolçunu qeyd edib.
Sportal.az xəbər verir ki, “Sabah”ın mərkəz oyunçusu Klavs Kavars ilk 5-liyə daxil olub.
FİBA Azərbaycan çempionunun oyunçusu haqda bunu yazıb: “Latviya millisinin üzvü “Sabah”a keçib. Bundan əvvəl 2019/2020 mövsümündə “Ventspils”də çıxış edib. 28 yaşlı forvard 11,3 xal və 7,4 ribaundla Latviya yığmasını 1/4 finala çıxarıb. Kavarsın zəngin təcrübəsi "Sabah"a normal mövsümdə ilk dəfə vəsiqə qazanmağa kömək edə bilər".
Xatırladaq ki, “Sabah” yeni avrokubok mövsümünün ilk oyununu bu gün Belçikada yerli “Spiru” klubuna qarşı keçirəcək.