Mesut Özil: "Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçular yetişdirməkdir"

18:40 - 11 Oktyabr 2024

Bakıda səfərdə olan Almaniya millisinin sabiq futbolçusu Mesut Özil media nümayəndələri ilə görüşüb.

Sportal.az xəbər verir ki, 36 yaşlı keçmiş yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb:

- Çox danışmağı sevmirəm. Çox şadam ki, buradayam. Türkiyədə "Məsut Özil İdman Akademiyası" açacağıq. Azərbaycanda da həmçinin. Bununla bağlı görüşlər olacaq. Müsbət olacağını düşünürük. Burada azarkeşlər məni sevindiridi. Dəstəyə görə təşəkkür edieəm. Çox qürurlandım.

- Azərbaycanda klub almaq istəyirsiz? 

- Belə fikrim yoxdur. Məqsədim Azərbaycanda və Türkiyədə istedadlı futbolçuları yetişdirmək, onların Arda Güler kimi Avropada böyük klublarda oynamalarıdır. Hər şeyi Allah bilər. 

- "Qarabağ" - "Arsenal" matçını necə xatırlayırsız? 

- Yadımdadır. Tam xatırlamıram. Atmosfer də əla idi. Hər zaman burada məni çox yaxşı qarşılayıblar. Bu gün də qürur duydum, dəstəklədilər. Daha əvvəl də Azərbaycana gəlmişdim. 

- Əvvəllər də ulduz futbolçular akademiya açmışdı, amma daha sonra bağlandı. Eyni aqibətin olmaması üçün nə edəcəksiz? 

- Önəmli olan isimlər yox, niyyətdir. Bu yola girərkən maliyyəni düşünmürəm. Karyeram var, uğurum var. Statistika hər şeyi göstərir. Yeni nəsilə kömək olmaq istəyirəm. Onlar maliyyə üçün edirlər deyə, 2-3 ilə bağlanır. Gözəl əxlaqlı futbolçular yetişdirmək istəyirik. 

- Azərbaycanda "Qarabağ"la işləyəcəksiz?

- Bu, müstəqil layihədir. İstanbulda, daha sonra Azərbaycanda olacaq. Tək Bakıda yox, Azərbaycanda. 

- "Qarabağ" azarkeşlərinin sizə sevgisi var? "Qarabağ"ı izləyirsiz? 

- Əlbəttə ki  izləyirəm. "Qarabağ"a qarşı da oynamışam. Onlara qalib gəldik, edəcək bir şey yoxdur(gülür). 

- Azarkeşlər istəyir ki, "Qarabağ" sizi transfer etsin... 

- Futbolu buraxmışam.

Mirbağırağa

Xəbər xətti