"Sabah" müdafiəçisi Boyan Letiçi komandada saxlamağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, klub Letiçə yeni müqavilə təklif edəcək.
Masazır təmsilçisi təcrübəli futbolçusu ilə müqavilə müddətini artırmağı planlaşdırır.
31 yaşlı müdafiəçinin "Sabah"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Bosniya və herseqovinalı futbolçu 2022-ci il fevralın 18-də İspaniyanın "Mirandes" klubundan "Sabah"a keçmişdi.
Məlumata görə, Letiçin özü də komandada qalmaq niyyətindədir.
saytlarin hazirlanmasi