“Sabah”ın “Bazel”lə oyunlarının hakim təyinatları bəlli oldu

15:57 - 17 Oktyabr 2024

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının Çempionlar yolunun ikinci mərhələsində İsveçrənin “Bazel” kollektivi ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.

Sportal.az xəbər verir ki, UEFA oktyabrın 23-də Bazeldəki görüşə xorvatiyalı, noyabrın 6-da Bakıdakı matça isə qazaxıstanlı baş hakimi təyin edib.
 
“Bazel” – “Sabah”
23 oktyabr, St. Yakob-Park stadionu. Saat 21:00
Baş hakim: Patrik Kolarić
Baş hakimin köməkçiləri: Luka Pajić, Ivan Starčević (hamısı Xorvatiya)
Dördüncü hakim: Hajrim Qovanaj (İsveçrə)
 
“Sabah” – “Bazel”
6 noyabr, ASCO Arena. Saat 18:00
Baş hakim: Omarov Rustam (Qazaxıstan)
Baş hakimin köməkçiləri: Alexey Dolgikh, Dmitriy Belogradov (hamısı Qazaxıstan)

Xəbər xətti