"Sabah" daha bir legionerini komandada saxlamağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, Masazır təmsilçisi komandanın aparıcı üzvü olan Cessi Sekidikanı buraxmayacaq.
Rəhbərlik ona daha bir illik müqavilə təklif edəcək.
Sekidikanın da “Sabah”da qalmaq istəyində olduğu bildirilir. Nigeriyalı futbolçu 2023-cü il sentyabrın 7-də “Sabah”la müqavilə imzalayıb.
Onun müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. Cessi “Napredak”, “Əskişəhirspor”, “Konyaspor”, “Qalatasaray”, “Löven”, “Eyüpspor”, “Ümraniyespor” klublarında oynayıb.
saytlarin hazirlanmasi