Bu gün futzal üzrə Yüksək Liqada 2024-2025-ci il mövsümünə start verilib.
Sportal.az xəbər verir ki, ilk matçda ötən mövsümün müvafiq olaraq gümüş və qızıl medalçıları – “Baku Fire” - “Araz-Naxçıvan” qarşılaşıb. Ötənilki heyətini qoruyan və yeni transferlərlə gücləndirən nominal meydan sahibləri iddiasını da böyüdüb. Çempionluq uğrunda yarışacaq “Baku Fire” heyətini və baş məşqçisini yeniləmiş “Araz-Naxçıvan”la dueldə bunu əyani ortaya qoymalı idi.
FİFA referilərinin idarə etdiyi oyuna “Baku Fire” sürətli başladı. İlk dəqiqələrdən “5-lik” oynayan nominal meydan sahibləri İaqonun dublu sayəsində hesabda üstünlük qazandı. Braziliyalı həm də mövsümün qol “siftəsi”ni etmiş oldu. Laza qollardan birinin əvəzini çıxsa da, növbəti dəfə eks “Araz-Naxçıvan”lı - Amadeu toru silkələdi və fərqi yenidən 2 topa yüksəltdi. Fasiləyə qədər Amadeu dublnu rəsmiləşdirdi. Ona qədər komandasından Tofiq Mikayılov, rəqibdən isə Caique qol vurmağa nail oldu.
İkinci hissəyə isə son çempion uğurlu start verdi. Giovanny komandasının 3-cü qolunu vurdu. 28-ci dəqiqədə fərq yenidən 3 topa yüksəldi. Bu dəfə Emindən qayıdan topu Oqtay tora qovuşdurdu. Matçın son dəqiqələri daha məhsuldar keçdi. Amma son çempion 4 topa çatdırılan fərqi 2 topa qədər azaltsa da, məğlubiyyətdən qaça bilmədi.
Baku Fire – Araz-Naxçıvan (5:2) 8:6
Qollar: İaqo Henrique, 2:13, 2:49, 35:34, Amadeu, 8:37, 19:21, Tofiq Mikayılov, 12:12, Oqtay Rüstəmli, 27:59, Kənan Manafov, 33:35 // Lazar Milosavljeviçi, 3:40, 38:04, Caique Aledes De Oliveira, 13:35, Giovanny Valerio, 23:25, Xəzər Ağalızadə, 35:01, Fərid Ələkbərov, 37:07 (ö/q)
saytlarin hazirlanmasi