"Sabah" avrokuboklarda növbəti matçına çıxır

10:27 - 23 Oktyabr 2024

"Sabah"ın basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv İsveçin "Nörçöppinq Dolfins" klubunu qəbul edəcək.

Bakı İdman Sarayında keçiriləcək oyuna 19:00-da start veriləcək. 

Qeyd edək ki, "Sabah" daha əvvəl "Spiru"ya (Belçika) səfərdə 81:82, "Marussi"yə (Yunanıstan) isə evdə 70:82 uduzub. 

Xəbər xətti