"Sabah"ın zədəli futbolçuları komandaya qoşulub.
Klubun mətbuat xidmətindən Sportal.az saytına verilən məlumata görə, söhbət Elvin Camalov, Ayaz Quliyev və Vensan Tildən gedir. Futbolçuların hər biri artıq kollektivlə birlikdə məşqlərə başlayıb.
Elvin Camalov Premyer Liqanın 11-ci turunun "Neftçi" ilə matçında (1:1) ehtiyat oyunçular skamyasında yer alıb. Baş məşqçi Krunoslav Renduliç risk etmək istəmədiyi üçün millimizin üzvünü meydana buraxmayıb.
Til, Camalov və Quliyev növbəti oyunlarda "Sabah"a kömək etməyə hazırdır.
saytlarin hazirlanmasi